"Yazı"nın yeni sayı çıxdı

"Yazı"nın yeni sayı çıxdı
21 dekabr 2014
# 12:44

“Yazı” ədəbiyyat dərgisinin 12-ci sayı işıq üzü görüb. Baş redaktorun qeydləri ilə açılan dərginin rubrikaları yenə rəngarəngdir.

Kulis.az-ın verdiyi xəbərə göprə, dərginin ilk böyük bölümü mərhum yazıçı Rafiq Tağının qətlinin 3-cü ildönümünə həsr olunub.

“Sözümüzün yiyələri” rubrikamızda görkəmli şairimiz Məmməd İsmayılın yeni şeirləri yer alıb.

“Bir kitab şeir”də oxucular Elnaz Eyvazlının, poeziya bölümündə isə Esmira Məhiqizı, Alik Əlioğlu, Sara Selcan, Əzimzadə, Bəxtiyar Hidayət, Sevinc Elsevər, Gülnar Səma, Ayaz Arabaçı, Nəriman Tolişi, İntiqam Yaşarın şeirlərini oxuya biləcəklər.

Nəsr bölümündə Azər Abdulla, Yaşar Bünyad, Narçngül, Günay Səma Şirvanlı, Sabir Zöhramlı və Elkin Kərimlinin hekayələri, Kənan Hacının “Fironun dəftəri” romanının davamı, Azad Qaradərəlinin “Cülyettanın sağ döşünə toxunmaq” romanının sonu verilmişdir.

“Yaradıcılıq Emalatxanası” rubrikası BSU Yaradıcılıq Fakültəsinin tələbələrinin yaradıcılıqlarına həsr olunub. Burada Seyran, Xanım, Vüsalə, Nisə, Ülkər, Sərvər, Sevil, Zamiq, Elşad, Vəli, Şəhriyyə, Gültənin yazıları ilə tanış olmaq olar.

"Çevirmə" başlığında bu ilin Nobel ödülçüsü Patrik Modianonun “Kimliyi bilinməyən qadınlar” romanı, Mixail Nuaymənin “Mitrdadın kitabı” romanının davamı, A.Çexovun, İ.Turgenevin, Alber Kamyunun, Ahmet Yıldızın, Melisa Gülpinarlının yazılar dərc olunub.

Dramaturgiya bölməsi Samuel Bekketin “Gəliş və gediş” pyesi ilə açılır.

"Güney sovqatı" rubrikasında Rza Bərahaninin və Elşən Böyükvəndin yazıları yer alıb.

Esseistika bölümündə Niyazi Mehdinin iri həcmli essesinin əvvəli, “Rakurs” bölümündə Vahid Qazinin yazısı verilib.

Palirta bölümündə məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun yaradıcılığı haqqında məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında yeni nəşrlərlə və digər yazılarla da tanış olmaq olar.

Dərginin yeni sayını rayonlarda “Azərmətbuatyayım” köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından (dəmiryol vağzalı ilə üzbəüz) əldə etmək mümkündür.

# 2582 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər