Noyabrın 29-da Azərbaycan Dövlət Musiqili Teatrında daha bir tamaşanın – E. Sabitoğlu və Y. Şvartsın “Qırmızıpapaq” əsərinin premyerası olub. Bu barədə kulis.az teatrın mətbuat xidmətinə istinadən xəbər verir. Uşaqlar üçün nəzərdə tutulan bu tamaşada xeyirlə şərin mübarizəsindən, bütün çətinliklərə və sınaqlara baxmayaraq sonda məhz xeyirin qələbə qazanmasından bəhs edilir. Qeyd edək ki, balaça tamaşaçılara bir sıra mənəvi-əxlaqi dəyərləri aşılayan səhnə əsərinin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Boris Qrafkindir. Tamaşada əsas obrazları Əməkdar artistlər Səmayə Musayeva, Ema Məlikova, aktyorlar Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Əlif Cahangirov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları canlandırır. Tamaşanın növbəti nümayişi 13 dekabr saat 12.00-da baş tutacaq.
Oxşar xəbərlər
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?
18:40
25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
16:00
23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu
16:00
22 sentyabr 2026
Naməhrəm - Alpay Azərin yeni hekayəsi
12:00
22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları
10:00
21 sentyabr 2026
Azadlıq quşu - Aron Tamaşinin hekayəsi
14:00
20 sentyabr 2026