Bu gün Kulisdə premyeradır – Qaçırmayın!

Bu gün Kulisdə premyeradır  – Qaçırmayın!
11 iyun 2021
# 13:01

Bu gün saat 15-30-da Kulis-in Facebook səhifəsində Mingəçevir Dövlət Dram Teatrının Nizami ili münasibəti ilə hazırladığı “Xırda söhbətlər” tamaşasının premyerası keçiriləcək.

Tamaşada Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “İki rəqib alimin hekayəti” , “Firidunla ceyranın hekayəti” , “Harun Ər-Rəşidlə dəlləyin hekayəti” əhvalatları meydan teatrı ənənələri ilə nəqli-tamaşa janrında səhnələşdirilib.

Rejissor Cavid Təvəkkülün quruluş verdiyi qısa tamaşa sosial mediada müxtəlif platformalarda yayımlanmaq üçün nəzərdə tutulub.

Azərbaycanda ilk dəfə olaraq, belə bir layihə mədəniyyət portalının səhifəsində yayımlanacaq.

Tamaşada teatrın gənc aktyorları Paşa Salmanov, Turqut Məsimli, Elvin Əkbərli oynayırlar.

Tamaşa üçün peşəkar operator Elman Əliyev, səs rejissoru Ceyhun Aslanlı Bakıdan Mingəçevirə dəvət olunublar. Tamaşanın montajını isə bir çox filmlərin, serialların montaj rejissoru Elçin Elxanlı öz öhdəsinə götürüb.

Tamaşa Mingəçevir Dövlət Dram Teatrının bu mövsümdə müasir teatr standartlarına cavab verən ikinci belə layihəsidir. Birinci layihə Şamaxıda 16-cı əsrə aid Kələxana türbələri fonunda oynanılan “Sara” tamaşası idi. Burada Azərbaycanda ilk dəfə olaraq canlı dekorasiyadan istifadə edilmiş, tamaşa internet üzərindən yayımlanmışdı.

“Xırda söhbətlər” layihəsinin rəhbəri teatrın direktoru Anar Quliyev, bədii rəhbəri isə Səxavət Məmmədovdur.

Xatırladaq ki, tamaşa Kulis.az saytının Facebook, İnstaqram və Telegramm səhifələrində yayımlanandan sonra saytın “yutub” səhifəsinə yerləşdirilərək, saytın özündə də təqdim olunacaq.

Qaçırmayın.

# 3229 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər