Anar Nağılbazın ən çox istifadə etdiyi söyüş

Anar Nağılbazın ən çox istifadə etdiyi söyüş
28 mart 2020
# 15:04

Bu gün reper Anar Nağılbazın ad günüdür. Mərhum reperin vaxtilə Kulis.az-a verdiyi müsahibəsini təqdim edirik.

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Prust bu suallara 20 yaşında bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Kulis. az Prustun suallarını reper Anar Nağılbaza ünvanlayıb.

1. Ən sevdiyiniz söz hansıdır?

- Baz.

2. Nifrət etdiyiniz söz hansıdır?

- Manıs.

3. Sizi nə həyəcanlandıra bilər?

- Yarış.

4. Həyəcanınızı nə öldürə bilər?

- Sevgi.

5. Hansı səsi çox sevirsiniz?

- Oxuyan quşların səsini.

6. Hansı səsə nifrət edirsiniz?

- Qarğanın səsinə.

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

- Dülgər.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

- Gələcəyi görmək.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

- Yaylaqda bixəbər çoban.

10. Harda yaşamaq istərdiniz?

- Təbiətdə.

11. Ən başlıca çatışmazlığınız nədir?

- Bəzən həvəssiz olmaq.

12. Ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

- Bəzən aqressiv olmaq.

13. Qəhrəmanınız kimdir?

- Qasırğa.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

- Mürtəd.

15. Hazırkı əhvalınız (ovqatınız) necədir?

- Sakit.

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- Sərbəstlik.

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

- Uçuş.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

- Vaxtsızlıq.

19. Necə ölmək istəyərdiniz?

- Anidən.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?

- Əstəğfirullah...

2015

# 3076 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər