AYO-çular Kamal Abdulla ilə görüşür

AYO-çular Kamal Abdulla ilə görüşür
3 iyun 2011
# 15:18
Azad Yazarlar Ocağının (AYO) üzvləri yazıçı Kamal Abdulla ilə görüşəcək. Bu haqda Kulis.az-a AYO-nun başqanı Aqşin Yenisey məlumat verib.

A.Yenisey bildirib ki, AYO-çuların təşəbbüsü keçiriləcək görüş iyunun 4-də “Kitab klubu”da baş tutacaq.

Görüşdə Kamal Abdullanın yeni çapdan çıxmış “Unutmağa kimsə yox” romanı ətrafında müzakirələr aparılacaq.

“AYO haqda belə bir ictimai rəy var ki, özümüz yazıb özümüz oxuyuruq. Bu yazıçıların birləşdiyi təşkilat üçün yaxşı imic deyil. Bu formul daha çox AYB-ə yaxındır ki, özləri yazıb özləri oxuyur. Biz bundan sonra belə görüşlər keçirib kitab müzakirələri aparmaq qərarına gəlmişik. Qoy cəmiyyət görsün ki, biz təkcə öz yazdıqlarımızı oxumuruq. Əlbəttə, hər kəslə görüşməyəcəyik. Öz keyfiyyətləri ilə ədəbi gəncliyə yaxın olan yazıçılarlar görüşəcəyik” -
Aqşin Yenisey belə deyib.

Onun sözlərinə görə, növbədə xalq yazıçısı Əkrəm Əylisli var: “Əkrəm Əylisinin yeni kitabı çıxmalıdır. Biz bu kitabın da müzakirəsini aparmağı planlaşdırırıq”.

A.Yenisey deyib ki, belə görüşlər AYO-nun tutduğu sərt mövqeyə təsir etməyəcək: “Bizim kimlərlə problemimiz var idisə, onu həll etmişik. Azərbaycan ədəbiyyatı yeni mərhələyə qədəm qoyub.
Azərbaycan ədəbiyyatında atalar-oğullar problemi artıq bitib. Bizim keçirəcəyimiz bu görüşlər yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.


Elmin HƏSƏNLİ
# 1774 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər