Nazir müavini: "Forumun mövzusu “Parçalanmış dünyada körpülərin qurulması”dır"

Nazir müavini:  "Forumun mövzusu “Parçalanmış dünyada körpülərin qurulması”dır"
26 oktyabr 2026
# 12:34

Bakı Prosesi 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov 27–29 oktyabr tarixlərində Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, təşəbbüs Şərq və Avropa ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirmək və mədəniyyət məsələləri ətrafında müzakirələr aparmaq məqsədi daşıyıb:

“Bu təşəbbüs əsasında Bakı Prosesi yarandı. Daha sonra, 2010-cu ildə Azərbaycan Prezidenti BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycanın Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəyini bəyan etdi”.

Nazir müavini qeyd edib ki, 2011-ci ildən etibarən Azərbaycan ardıcıl olaraq altı forum keçirib. Onun sözlərinə görə, illər ərzində forum həm iştirakçıların sayı və miqyası, həm də cəlb olunan auditoriyanın əhatə dairəsi baxımından genişlənib.

“Getdikcə daha çox insanı, hökumətləri və milli təşkilatları, həmçinin qeyri-hökumət təşkilatlarını, media nümayəndələrini, gəncləri, gənc liderləri və dini liderləri prosesə cəlb edirik”, - Fərid Cəfərov vurğulayıb.

O bildirib ki, builki VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu “Parçalanmış dünyada körpülərin qurulması”dır.

“Bu mövzu davam edən bərabərsizliklər, ölkələr arasında, eləcə də cəmiyyətimizin müxtəlif təbəqələri arasında mövcud olan qarşıdurmalar nəzərə alınaraq müəyyənləşdirilib. Forum müxtəlif səviyyələrdə olan cəmiyyət nümayəndələrini, hökumətləri və beynəlxalq təşkilatları bir araya gətirərək dünya əhalisini yaxınlaşdıra biləcək məsələləri müzakirə etməyi hədəfləyir”, - nazir müavini bildirib.

Fərid Cəfərov forum çərçivəsində keçirilən tədbirlər barədə də məlumat verib. O qeyd edib ki, forumun rəsmi açılışı 27 oktyabrda olacaq. Açılış mərasimindən sonra beynəlxalq nazirlər və hökumət nümayəndələrinin birgə sessiyası keçiriləcək.

Nazir müavininin sözlərinə görə, forum çərçivəsində artıq bir sıra tədbirlər keçirilib. Azərbaycan Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə Qubada Beynəlxalq Gənclər Forumu düşərgəsi keçirilib.

“Oktyabrın 26-dan Qubada keçirilən Beynəlxalq Gənclər Forumu düşərgəsində dünyanın 44 ölkəsindən 100-dən çox gənc lider iştirak edib”, - Cəfərov bildirib.

O əlavə edib ki, bu gün səhər müxtəlif ölkələrdən və dünyanın müxtəlif regionlarından biznes nümayəndələrinin iştirakı ilə konfrans da keçirilib.

Fərid Cəfərov builki Forumun yeni istiqamətlərindən birinin akademik və tədqiqat dairələrinin prosesə daha geniş cəlb edilməsi olduğunu bildirib. Onun sözlərinə görə, gənc liderlərin və qadınların dialoq prosesində iştirakına da xüsusi diqqət yetirilir.

Nazir müavini qeyd edib ki, Forumda dünyanın müxtəlif ölkələrindən media nümayəndələri də iştirak edir:

“Bu gün bizimlə 19 ölkədən media nümayəndələri iştirak edir. Onlar bu tədbirin gedişini işıqlandıracaqlar”.

O, Forumun beynəlxalq tərəfdaşlarla, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı ilə sıx əməkdaşlıq çərçivəsində keçirildiyini vurğulayıb.

# 191 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
ISECO:  "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

ISECO: "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

12:40 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər