Ən seksual deputar kimdir? - SORĞU
İngiltərədə internet istifadəçilərindən “ən seksual parlament üzvü”nü seçməyi təklif edən sayt yaradılıb.
Kulis.az “Daily Telegraph”a istinadən məlumat verir ki, “Sexymp.co.uk” saytına daxil olanda təsadüfən seçilmiş iki deputatın şəkli görünür. Onlardan birinə səs vermək üçün sadəcə şəklin üzərinə tıklamaq kifayətdir.
Səsvermədən sonra daha bir səsverməyə keçirilir. Növbəti dəfə “seksual hesab etdiyiniz deputat kimlə sexlə məşğul olmaq istərdi” sualına cavab vermək təklif olunur.
Hələ ki “Konservativ” deputatlar səsvermədə öndədirlər. Ən seksual qadın deputat Rebeka Harris 13803 səslə qalibdir. İkinci yerin sahibi də “Konservativ”lərdən olan qadın deputat E. Makvey, üçüncü yeri isə leyborist Lyüsiana Berqer tutub.
Ən seksual kişi deputat da “konservativlər”dən – Cek Berridir. Onun ardınca partiya həmkarı Eduard Veisi və Den Bayles gəlir.
Saytın yaradıcısı isə “Made in Chelsea” teleşousunun aparıcısı Fransis Buldur.
Bu sayt Mark Zükerberqin universitetdə oxuduğu dövrdə yaratdığı FaceMash saytına bənzəyir. Zükerberqin saytında tələbə yoldaşlarının şəkillərinə səs vermək və onların arasından ən seksualını seçmək təklif olunurdu. Tələbələr saytdan razı olsalar da, Harvard rəhbərliyi saytı bağlamaq qərarını verib.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar
11:01
7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi
12:46
4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair
15:00
3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi
11:00
3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi
10:00
3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?
13:00
1 noyabr 2026