“Tanrı Kraliçanı qorusun!”

“Tanrı Kraliçanı qorusun!”
26 aprel 2011
# 15:33
İngilitərənin pank rok qrupu Sex Pistolsun nadir tapılan “Tanrı Kraliçanı qorusun!” (God Save the Queen) mahnısının səsyazması “Bütün zamanların ən dəyərli vinili” adını qazanıb.

Kulis.az-n “Teleqraf”a istinadən verdiyi məlumata görə, 1977-ci ildə yazılan mahnın səsyazısı azı səkkiz min funt sterlinq dəyərindədir.

Adı ingilis himnindən götürülən mahnı A&M şirkətində yazılıbmış. Lakin mahnıya sərt ictimai qınaq olduqdan sonra şirkət səsyazmaların əksəriyyətini məhv edib. Mahnını BBC və İBA kimi məşhur kanal və radiolar yayımlamaqdan imtina edibmiş.

Çıxdığı ildə İngiltərə musiqi reytinqində ikinci yerə çıxıb. Qrup üzvləri mahnını Parlament binasının qarşısındakı Temza çayında da oxuyub. Çayda “Kraliça Elizabet” adlı gəminin içində oxumağa başlayan qrup polis tərəfindən saxlanılıb.

“Record Collector” jurnalının apardığı sorğusuna əsasən ikinci ən dəyərli səsyazma Bitlz qrupunun ilk albomudur. “Please, please me” adlı albomun azı üç min beş yüz funt sterlinq dəyərindədir.

Siyahının növbəti pillələrində isə Rollinq Stounz, Led Zeppelin, Cimi Hendriksin albom və mahnıları yer alır.

Günel Əsgərzadə
# 2241 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər