Murakami Nobelə yaxınlaşır

Murakami Nobelə yaxınlaşır
27 avqust 2012
# 14:36
İngilis bukmeyker mərkəzi “Ladbrokes” ədəbiyyat üzrə Nobel mükafatı ilə bağlı namizədlərə pul qoyuluşlarına başlayıb.

Nobel mükafatına ən güclü namizədlərdən biri hər il adı çəkilən yapon yazıçı Haruki Murakamidir. Onun şansı 10-un 1-ədir. Favoritlər siyahısında çinli yazıçı Mo Yan (12/1), holland Seys Notebom (12/1), alban şair İsmayıl Kadare (14/1), suriyalı şair Adonis (14/1), Cənubi Koreyadan şair Ko Un (14/1)
Yüz nəfərlik siyahıda Umberto Eko, Salman Rüşdi, Filip Rot, Kormak Makkarti, Tomas Pinçonun da adlarına rast gəlinir. Namizədlər arasında Rusiyadan Viktor Pelevin və Yevqeni Yevtuşenko da var.

“Ladbrokes” Yevtuşenkonun qələbəsinə 66-nin 1-ə, Pelevini isə 100-ün 1-ə kimi dəyərləndirir. Son illərdə hər iki rus yazıçısı bukmeykerlərin siyahısına düşürlər.

Bildirək ki, ədəbiyyat üzrə Nobel mükafatı keçən il isveç şair Tumas Transtremerə verilib. Ən prestijli mükafatın bu ilki qalibinin adı oktyabrın əvvəlində açıqlanacaq.
# 2468 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər