Həmidə xanımın xatirələr kitabı artıq satışda

Həmidə xanımın xatirələr kitabı artıq satışda
24 avqust 2012
# 12:04
Dövrünün görkəmli ictimai xadimi, tanınmış xeyriyyəçi və maarifçisi Həmidə xanım Cavanşirin “Xatirələrim” əsəri oxuculara ilk dəfə bütöv şəkildə təqdim edilib.

Müəllif əsərdə atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı, Qafqaz İslam Ordusunun Şuşaya gəlişi, cümhuriyyət dövründə Qarabağın vəziyyəti haqqında geniş məlumat verib. Həmidə xanım sovet hakimiyyəti qurulduqdan sonra ailəsinin hansı əziyyətlə Təbrizə köç etməsini, “Molla Nəsrəddin” jurnalının Təbrizdə nəşrini, Bakıya qayıtdıqdan sonra ailənin ağır durumunu, “Molla Nəsrəddin”in sovet Bakısında nəşrini və başqa hadisələri cəlbedici bir dillə təsvir edib.

“Apostroff” nəşriyyatında çap olunan kitabı rus dilindən Mehriban Vəzir tərcümə edib, kitabın redaktoru isə Ədalət Tahirzadədir. Kitab mağazalarında satışa çıxarılan əsərin qiyməti 10 manatdır.
# 2775 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər