Amerikada porno böhranı

Amerikada porno böhranı
23 avqust 2012
# 11:58
Los Anceles İfadə Azadlığı Komissiyası siflisə yoluxan pornofilm aktyorlarının 10 gün müddətində antibiotiklərlə müalicə ediləcəyini, pornofilm şirkətində çalışan aktyorların məcburi müayinə olunacağını açıqlayıb. Komissiyanın verdiyi bəyanatda, film çəkilişlərinin həftə sonundan etibarən dayandırılması da qeyd olunub.

Amerika Birləşmiş Ştatlarının pornofilm sahəsinin döyünən ürəyi Los Ancelesdə, təxminən 1000 nəfər kişi və qadın porno ulduz çalışır. QİÇS və cinsi yolla keçən digər xəstəliklərə yoluxmamaq üçün porno ulduzlar qoruyucudan istifadə etmədiklərinə görə onlara təzyiq olunur.

Kaliforniya iş qaydalarında, pornofilmdə çəkilən aktyorların qoruyucudan istifadə etməsi məcburi olsa da mütəxəssislər bu qaydanın tez-tez pozulmasını etiraf ediblər. Los Ancelesdə noyabrda keçiriləcək referendumda, pornofilmlərdə qoruyucudan istifadə edilməsinə görə səs verilməsi və tibbi qurumlara bu yolla təzyiq edilməsi gözlənilir.

Lon Anceles Tibb Departamentinin direktoru həkim Conatan Fiyeldinq, təxminən 10 nəfərdə siflis tapıldığını, qoruyucudan istifadə edilməyən sahədə bu tip xəstəliklərin tapılmasının normal hal olduğunu söyləyib. QİÇS Tibb Xidməti isə siflisli aktyorların antibiotiklə müalicə olunmamasına və hərtərəfli tibbi testdən keçirilməməsinə etiraz edib.

QİÇS Tibb Xidməti əvvəllər pornofilmlərdə qoruyucudan məcburi istifadə edilməsində uğurlar qazansa da, hal-hazırda porno şirkətlər qoruyucudan istifadə edilməsində maraqlı deyil. İfadə Azadlığı Komissiyası, siflisin simptomlarının 90 gün ərzində müəyyən olunduğu üçün əvvəlki xəstəlikləri təsbit etmənin çətin olduğunu, mümkün olduğu qədər bütün aktyorların tibbi testdən keçirilməsinin faydalı olacağını bildirib.
# 2561 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər