Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır
6 noyabr 2026
# 18:24

Kino tarixinin ən məşhur rekvizitlərindən bəziləri milyonlarla funt sterlinqə satıla bilər.

Kulis.az xəbər verir ki, Londonda keçiriləcək “Propstore Winter Entertainment Memorabilia Live Auction” hərracında 1400-dən artıq kino və televiziya əşyası satışa çıxarılacaq.

Hərracın ümumi dəyərinin 10 milyon funt sterlinqə çatacağı gözlənilir. Ən diqqətçəkən əşyalar arasında Kristofer Nolanın “The Dark Knight” və “The Dark Knight Rises” filmlərində istifadə olunan Betpod motosikleti var. Onun 450–900 min funt sterlinq arasında satılacağı proqnozlaşdırılır.

İndiana Cons obrazının papağı və köynəyi də kolleksiyaçıların diqqətini çəkəcək. Bundan başqa, “Game of Thrones” serialında Con Snounun istifadə etdiyi Uzunpəncə adlı qılınc, Daenerys Targaryenin əjdaha yumurtası və Batman kostyumu da hərraca çıxarılacaq.

Hərrac dekabrın 4–6-da keçiriləcək. Noyabrın 19–22-də isə kolleksiya əşyalarının bir hissəsi ictimaiyyətə nümayiş etdiriləcək. Beləliklə, kino həvəskarları məşhur ekran əsərlərinin tarixində iz qoymuş əşyaları yaxından görmək imkanı əldə edəcəklər.

# 358 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər