İnternet media dövlət tərəfindən dəstəklənə bilər

İnternet media dövlət tərəfindən dəstəklənə bilər
16 iyul 2012
# 15:01
Gələcəkdə Azərbaycanda internet media dövlət tərəfindən dəstəklənə bilər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

Onun sözlərinə görə, internet medianın dövlətdən yardım almaq məsələsi bu günki qanunvericilikdə yoxdur.

"Amma bu günki dinamik inkişaf şəraitində heç nə istisna olunmur. Yəqin gələcəkdə bu məsələlərə baxılanda, qanunvericilik bazasının formalaşması prosesində internet medianın dövlət tərəfindən dəstəklənməsi məsələsinə diqqət yetiriləcək", - PA rəsmisi qeyd edib.

O əlavə edib ki, bu gün internet medianın tənzimlənməsi ilə bağlı müzakirələr çox aktualdır. Bu gün infomasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf etdiyi üçün bu məsələlərə də göstərilən diqqət çox yüksəkdir.

Mehdiyev bildirib ki, gələcəkdə internet media üstünlük təşkil edəcək. Buna görə də bu sahə üzrə müzakirələr aparmaq lazımdır. Onun sözlərinə görə, beynəlxalq təcrübəyə və bizim cəmiyyətin maraqlarına uyğun qərarların qəbul olunması labüddür.

Mehdiyev deyib ki, bu gün Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanun beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanıb və qəbul olunub.

O qeyd edib ki, bu gün ekspertlərin də qiymətləndirdiyi kimi, bu qanun Avropada KİV haqqında ən liberal qanunlardan biridir. "Azərbaycanda da dövlət siyasətinin əsas prioritet istiqaməti ondan ibarətdir ki, söz və mətbuat azadlığının tam bərqərar olmasına, KİV-lərin azad, müstəqil fəaliyyət göstərməsinə, plüarist medianın mövcudluğuna hərtərəfli şərait yaradılsın. Bu baxımdan düşünmürəm ki, gələcəkdə Azərbaycanda KİV-lərin fəaliyyəti ilə bağlı hər hansı məhdudlaşdırma ola bilər. Əksinə, KİV-lərə dövlət tərəfindən maddi və iqtisadi dəstək göstərilir",- Mehdiyev əlavə edib.

Anspress.com
# 1722 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər