“Titanik” 3D formatında

“Titanik” 3D formatında
22 sentyabr 2011
# 11:37
Oskarlı rejissoru Ceyms Kameronun 1997-ci ildə çəkdiyi “Titanik” filmi yeni formatda kinoteatrlara veriləcək.

Kulis.az BBC-yə istinadən xəbər verir ki, Kameron “Kral Şir” animasiya filminin 3D formatında 30 milyon dollar gəlir gətirməsindən həvəslənib.

Rejissor “The Wrap”-a müsahibəsində filmin çevrilməsinin çox çətin və beyinyorucu iş olduğundan şikayətlənib.

Filmin gələn il 6 aprel “Titanik” gəmisinin batmasının yüzüncü ildönümünə hazır olacaq.

Artıq yarıya qədər formatı dəyişdirilən filmin büdcəsi 18 milyon dollardır.

“Avatar” filmi ilə rekord gəlir əldə edən Kameron filmlərin 3D formatına keçirməyin 3D-li kamera ilə film çəkməkdən daha çətin olduğunu söyləyib: “Bəzən insanlara elə gəlir ki, ikisi də eyni şeydir. Ancaq tamamən bir-birinə ziddirlər”.

Ceyms Kameron digər filmlərini də 2D və 3D formatlarında hazırlamaq istədiyini də bildirib.

Günel ƏSGƏRZADƏ
# 1842 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər