"Öldükdən sonra səni daha çox sevəcəyəm..." - İngilis şairdən sonet

"Öldükdən sonra səni daha çox sevəcəyəm..." - İngilis şairdən sonet
29 iyun 2026
# 15:30

Bu gün ingilis şair Elizabet Barrett Brauninqin anım günüdür.

Kulis.az onun məşhur "43-cü sonet"ini təqdim edir.


Səni necə sevirəm? İzin ver, yollarını sayım.
Səni ruhumun çatacağı ən son dərinliyə, genişliyə və ucalığa qədər sevirəm,
O vaxt ki, (ruhum) gözəgörünməz varlığın sonunu və ideal İlahi Lütfü axtarır.
Səni hər günün ən səssiz, ən sadə ehtiyacı qədər sevirəm,
Həm günəş işığında, həm də şam işığında.
Səni azad sevirəm, insanların haqq uğrunda mübarizə apardığı kimi;
Səni təmiz hisslərlə sevirəm, tərifdən vaz keçəndə onlar...
Səni köhnə kədərlərimdə boğulan o çılğın ehtirasla
və uşaqlıq illərimin sarsılmaz imanı ilə sevirəm.
Səni elə bir sevgi ilə sevirəm ki, elə bilirdim onu itirmişəm —
İtirilmiş müqəddəslərimlə bərabər!
Səni ömrümün nəfəsi, təbəssümü və göz yaşları ilə sevirəm!
Və əgər Tanrı rəva bilsə,
Öldükdən sonra səni daha da çox sevəcəyəm.

İngiliscədən hərfi tərcümə: Aydan

# 1057 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

10:00 9 noyabr 2026
"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

11:32 7 noyabr 2026
"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

17:23 6 noyabr 2026
“Sən mənim sülhüm idin, cihad olmusan indi...” -  Rəbiqə Nazimqızının yeni şeirləri

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” - Rəbiqə Nazimqızının yeni şeirləri

15:00 5 noyabr 2026
"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

17:00 4 noyabr 2026
"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər