"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı
6 noyabr 2026
# 18:46

Karib dənizi ədəbiyyatının tanınmış nümayəndələrindən biri yaradıcılığına görə xüsusi mükafata layiq görülüb.

Kulis.az xəbər verir ki, şair Qreys Nikols 2026-cı ilin "Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi olub.

10 min funt sterlinq dəyərində olan mükafat ədəbi fəaliyyətində mühüm iz qoymuş, xüsusilə qadın yazarların ədəbiyyat tarixindəki xidmətlərini tanıtmağa yönəlmiş təşəbbüsün bir hissəsidir.

76 yaşlı Nikols Qayanada doğulub, 1977-ci ildə Böyük Britaniyaya köçüb. Onun 1983-cü ildə "Commonwealth Poetry Prize" qazanan “I Is a Long-Memoried Woman” kitabı şairin beynəlxalq miqyasda tanınmasında mühüm rol oynayıb. “The Fat Black Woman’s Poems” isə müəllifin ən məşhur əsərlərindən biridir.

Nikolsun poeziyasında Karib dənizinin folkloru, Qayana mədəniyyəti, müstəmləkəçilik tarixi, köç və qadın təcrübəsi mühüm yer tutur. Şairin özünəməxsus dili və kreol ənənələri ilə standart ingilis dilini birləşdirməsi onun yaradıcılığını fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Onun yeni şeir toplusu “The Tracks of My Name” noyabrın 19-da işıq üzü görəcək.

# 387 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər