Yazıçılar Putinə müraciət etdi – Aralarında azərbaycanlı yazıçı da var

Vladimir Putin, Rusiya prezidenti

Vladimir Putin, Rusiya prezidenti

11 mart 2022
# 11:30

Rusiya ordusunun Donbassda və Ukrayna ərazisində keçirdiyi hərbi əməliyyatlarla bağlı rus yazıçıları Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, müraciətə 500 yazıçı imza atıb. Onların arasında azərbaycanlı yazar Knyaz Qoçaq da var. Müraciətdə hazırda Donbassda və Ukraynanın bəzi bölgələrində keçirilən hərbi əməliyyatın dayandırılması, Qərbin Rusiyanı hansısa formada məhv etmək planı haqda danışılır.

“Biz Ukrayna xalqını sevirik, Ukrayna mahnıları oxuyuruq, Ukrayna filmlərinə baxırıq, eyni kilsələrdə dua edirik. Bizim ümumi düşüncələrimiz və xalqlarımız üçün artıq yaxın olan ümumi bulağın havası ilə nəhayət nəfəs almaq istəyimiz var. Xoşbəxtlik, azadlıq, sülh və insan üçün eyni mənəvi qeyrətlə bağlı böyük yazıçılarımız var. Lev Tolstoy və Nikolay Qoqol, Taras Şevçenko və Aleksandr Puşkin, Lesya Ukrainka və Anna Axmatova. Bizim saysız-hesabsız ümumi zəfərlərimiz və nailiyyətlərimiz var ki, heç kim üstündən xətt çəkə bilməz”. – deyə müraciətdə qeyd olunub.

Müraciətdə yazıçılar Rusiyaya qarşı Qərbin mövqeyini pisləyir və Ukranyanı da bu mövqedən çəkindirir: “Biz Ukraynanın suveren və dost, firavan və azad olmasını istəyirik. Amma biz onun nasistlər tərəfindən idarə olunmasını istəmirik”.

Müraciətin sonunda isə deyilir:

“Yazıçılar müharibə istəmir, siyasətə qarışmaq istəmirlər. Bütün dünyada humanitar sənədlər bunu açıq şəkildə qadağan edir. Amma ağılın və ilhamın səsi, ədəbiyyatın səsi bu gün də, sonra da, bizim dövrümüzdə baş verənləri təsvir etmək vaxtı gələndə səslənəcək.

Sülh səninlə olsun, Ukrayna! Sizə sülh olsun, Rusiya və Belarusiya! Biz eyni mənbədənik və bu ilkin Rusiya mənbəyi həm bizi, həm də bizə yaxın xalqları ruhən qidalandıracaq, həmişə!”.

# 5299 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər