Yazıçı Mirmehdi Ağaoğlunun imza günü olacaq

Mirmehdi Ağaoğlu, yazıçı

Mirmehdi Ağaoğlu, yazıçı

28 may 2025
# 11:03

Yazıçı Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi" kitabının imza günü olacaq.

Kulis.az xəbər verir ki, IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində keçirilən imza günü sabah (29 may) saat 16:00-da "Park" nəşriyyatının stendində baş tutacaq.

Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi, yaxud Allahı sevməyin 56-cı dərəcəsi" kitabında oxuculara Həcc ziyarəti haqqında dolğun məlumatlarla yanaşı, bu ayinə aid ritualların tarixi və dini mahiyyəti açıqlanır. Yazıçı müşahidələri ilə zəngin reportajlar müqəddəs yerlərin fiziki-mənəvi xəritəsini çəkir. Bu kitab Həcc ziyarətinə gedən zəvvarlar və getmək arzusunda olan insanlarla yanaşı, coğrafi baxımdan o yerlərin ab-havası barədə düşüncələrində təsəvvür yaratmaq istəyən hər kəs üçün müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, "Həcc gündəliyi, yaxud Allahı sevməyin 56-cı dərəcəsi" bu mövzuda Azərbaycan dilində yazılmış ilk bədii-publisistik kitabdır.

# 1843 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər