Yasin Qarayevə həsr olunmuş kitabın təqdimatı keçiriləcək

Yasin Qarayevə  həsr olunmuş kitabın təqdimatı keçiriləcək
6 oktyabr 2023
# 17:27

12 oktyabr saat 14:00-da Gənc Tamaşaçılar Teatrında teatrın aktyoru, Xalq artisti Yasin Qarayevin 75 illik yubileyinə həsr olunan "Alın yazısına inam" adlı kitabın təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, professor İlham Rəhimli tərəfindən qələmə alınan kitabda ömrünün 50 ilini teatr və kino sənətinə həsr edən Xalq artistinin zəngin həyat və yaradıcılığına geniş nəzər salınmış, onun gənclik illərindən üzü bəri ifa etdiyi rollar barədə bəhs olunmuşdur.

"Alın yazısına inam" adlı kitabda həmçinin Yasin Qarayevin insani keyfiyyətləri, yaradıcı xüsusiyyətləri haqqında müəllifin şəxsi müşahidələri, fikirləri, aktyorun ailə üzvləri, həmçinin sənət dostları ilə şəkilləri yer almışdır.

Literpress nəşriyyatında çap olunan kitabın redaktoru Cavid Rəhimli, tərtibatçı rəssamı İlham Əzizoğlu, fotoların müəllifi isə Əli Əliyevdir.

# 2479 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər