Yaşar Qarayevin 90 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlandı

Yaşar Qarayevin 90 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlandı
13 may 2026
# 10:28

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbi tənqidinin və estetik fikrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik Yaşar Qarayevin 90 illik yubileyi münasibətilə zəngin elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kulis.az xəbər verir ki, elektron baza görkəmli alimin həyat və yaradıcılığını daha da geniş şəkildə tanıdılması, elmi irsinin təbliği məqsədilə hazırlanıb.

Hazırlanan elektron məlumat bazasında akademik Yaşar Qarayevin həyat yolu, elmi fəaliyyəti, ədəbiyyatşünaslıq sahəsində gördüyü mühüm işlər və Azərbaycan elminə verdiyi töhfələr geniş şəkildə əks olunub. Bazada alimin müxtəlif illərdə yazdığı, tərtib və redaktə etdiyi kitablar, məqalələr, onun haqqında qələmə alınmış nəşrlər və dövri mətbuat nümunələrinin siyahısı toplanıb.

Elektron bazanın bölmələri istifadəçilər üçün rahat və sistemli şəkildə hazırlanıb. Burada “Görkəmli şəxslərin söylədikləri”, “Həyat və yaradıcılığı”, “Xronologiya”, “İzonəşrlər”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri ilə yanaşı professor, ədəbiyyatşünas Rahid Uluselin “Yaşar Qarayev: yaxından və uzaqdan”, professor Asif Rüstəmlinin “Yaşar Qarayev fenomeni...” və filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Ədəbiyyat filosofu” məqalələrinin tam mətni yer alır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanmış elektron məlumat bazası akademik Yaşar Qarayevin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, milli ədəbi-elmi irsin qorunması istiqamətində mühüm addımlardan biridir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

# 983 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər