XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Muğam Axşamı

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Muğam Axşamı
1 avqust 2026
# 10:40

Qəbələdə XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Muğam Axşamı keçirilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü gününün axşam proqramı Azərbaycan muğam sənətinə həsr olunub.

Festival çərçivəsində təşkil olunan Muğam Axşamında Əməkdar artistlər Bəyimxanım Vəliyeva və Təyyar Bayramov, muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov və Kamilə Nəbiyeva çıxış ediblər.

Onların ifalarını Əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), həmçinin Rafael Əsgərov (balaban), Rüstəm Müslümov (tar), Şəfa Kərimov (ud), İlkin Həsənov (bəm tar), Hüsaməddin Əzizov (bəm nağara) və Ceyhun Muradov (kamança) müşayiət ediblər.

Konsert proqramında Azərbaycan muğam məktəbinin sevilən nümunələri – “Dilkəş”, “Bayatı-Şiraz”, “Segah” və “Şur” təsnifləri səsləndirilib. Eyni zamanda, N.Feyzullayevin “Ay qız” əsəri, “Vətən” kompozisiyası və “Qarabağ şikəstəsi” zərbi muğamı tamaşaçılara təqdim olunub.

Festivalın ən yaddaqalan proqramlarından biri olan Muğam Axşamı milli musiqi irsinin zənginliyini bir daha nümayiş etdirib.

Qədim muğam ənənələrinin peşəkar ifaçılar tərəfindən təqdimatı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

# 720 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər