Xulio İqlesias cinsi istismar ittihamları ilə üz-üzə

Xulio İqlesias cinsi istismar ittihamları ilə üz-üzə
14 yanvar 2026
# 13:00

Karyerası boyunca “Qremmi” də daxil olmaqla onlarla nüfuzlu mükafata layiq görülən dünyaşöhrətli ispan müğənni Xulio İqlesias iki keçmiş qadın əməkdaşı tərəfindən cinsi təcavüz və zorakılıqda ittiham olunub.

Kulis.az xəbər verir ki, “Gwendolyne”, “La Paloma”, “Je Ne Pas Change” kimi məşhur mahnıları ilə tanınan 82 yaşlı sənətçi barədə iddialar İspaniyada “El Diario”, ABŞ-də isə ispan dilində yayımlanan “Univision Noticias” nəşrlərində dərc edilib.

Məlumata görə, qadınlardan biri Xulio İqlesiasın qulluqçusu, digəri isə fizioterapevti olub. Onlar 2021-ci ildə məşhur müğənninin Dominikan Respublikası, Bahamalar və İspaniyadakı evlərində çalışdıqları müddətdə cinsi təcavüz və fiziki zorakılığa məruz qaldıqlarını bildiriblər.

Keçmiş əməkdaşlar iddialarını təsdiqləmək üçün iş sənədlərini, fotoşəkilləri, səs yazılarını, votsap yazışmalarını, zəng qeydlərini və miqrasiya icazələri üçün etdikləri müraciətləri aidiyyəti ölkələrin rəsmi qurumlarına təqdim edərək hüquqi proses başladıb.

Qadınlar verdikləri açıqlamalarda Xulio İqlesiası cinsi zorakılıq, sillə vurma, təhqir, təcavüz və təkcə özlərini deyil, digər işçiləri də sistemli şəkildə alçaltmaqda ittiham ediblər.

Xəbərə imza atan 5 jurnalist isə bildirib ki, müğənninin özü və ya hüquqi nümayəndələri ilə əlaqə yaratmaq cəhdləri cavabsız qalıb.

İddialarla bağlı Xulio İqlesias tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Bu qalmaqal, sənətçinin onilliklər boyu formalaşmış ictimai imicinə ciddi kölgə salan ən ağır ittihamlardan biri kimi dəyərləndirilir.

Qeyd edək ki, Hollivud Şöhrət Xiyabanında ulduzu olan azsaylı latın ifaçılardan biri olan Xulio İqlesias indiyədək 80-dən çox albom buraxıb. Onun albomlarının 300 milyondan artıq nüsxəsi satılıb. Müğənni Frank Sinatra, Stiv Vonder kimi dünya ulduzları ilə də əməkdaşlıq edib.

Xulio İqlesias 1971–1979-cu illərdə İsabel Preysler ilə evli olub. Bu nikahdan Çabeli İqlesias, Xulio İqlesias Jr. və Enrike İqlesias adlı üç övladı var. Enrike İqlesias da atasının yolunu davam etdirərək dünya səviyyəli pop ulduza çevrilib.

# 1101 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər