Elşad Miri: "Gör bu din nə gündədir ki..." - QALMAQAL

<span style="color:red;">Elşad Miri:  "Gör bu din nə gündədir ki..." - <span style="color:red;">QALMAQAL
4 yanvar 2018
# 11:17

Kulis.azda “İşdən kənar” layihəsində Tövbə cəmiyyətinin sədri Hacı Əbdülün müsahibəsi yayımlanıb. O, tanınmış ilahiyyatçı Elşad Miri haqqında “şeytan” ifadəsini işlədib:

“Elşad Miri haqqında bir kəlmə bunu deyim ki, o, şeytandı. Yəhudilərdə islam dinini elə gözəl bilənlər var ki, heç müctəhidlər o qədər bilmir. Hamısının məqsədi dinimizi məhv etməkdi”.

Kulis.az məsələ haqqında Elşad Miridən münasibət öyrənib. Elşad Miri cavabında Hacı Əbdül haqqında bunları söyləyib:

“Bu adama nə cavab verim ki? Heydər Əliyev bu adam haqqında söz deyəndən sonra bizim əlavə söz deməyimiz ayıb olar... Onun şəxsi ilə heç bir işim yoxdu, nə dediyinə də əhəmiyyət vermirəm. Sadəcə orda deyir ki, Yəhudilərdə islam dinini elə gözəl bilənlər var ki, heç müctəhidlər o qədər bilmir. Gör onda bu din nə gündədir ki, (əstəğfürullah) bu dinin öz müctəhidləri onun haqqında bilmir, başqaları, yəhudilər bu dini hamıdan yaxşı bilirlər. Bu nə deməkdir? Biabırçılıqdır sadəcə olaraq”.

Daha sonra Elşad Miri ilahiyyatçı kimi Hacı Əbdülü bu cür xarakterizə edib: “Dindən istifadə edənlərdən biri... Dini biznesmenlərdən biri kimi... Allah onun canını sağ eləsin.”

# 3705 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər