Tatarlardan gülünc tələb: "Anna Karenina"nın finalı dəyişdirilsin!"

Tatarlardan gülünc tələb: "Anna Karenina"nın finalı dəyişdirilsin!"
18 iyul 2019
# 11:15

Tatarıstanda L.Tolstoyun “Anna Karenina” romanının finalını dəyişməyi tələb edirlər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Tatarıstanda L.Tolstoyun “Anna Karenina” romanının finalını dəyişməyi və ora “tatar xalqına xas ailə dəyərlərini” əlavə etməyi tələb ediblər.

“Pozitiv Tatarıstan” adlanan təşəbbüskarlar qrupu belə bir təkliflə çıxış edib. Təşəbbüs müəlliflərinin fikrincə, əsər intihar və zinakarlığı təbliğ etməməli, həyata bağlı bir finalla bitməlidir.

İmzalanmış petisiya Respublikanın Mədəniyyət nazirinə, Hökumət şurasının sədrinə və Kazanın 3 teatrının rəhbərinə göndərilib.

Vətəndaşların hiddətinə yaxın zamanlarda Kazanda göstərilən “Anna Karenina” adlı immersiv tamaşa səbəb olub. Hadisələrin 19-cu əsr malikanəsində baş verməsinə baxmayaraq, tamaşaçıların diqqətini orda baş verən zinakar, uyğunsuz hadisələr çəkib.

Petisiyada deyilir:

“Anna Karenina” immersiv şousunun reklamının aparılmasını və ümumiyyətlə romanın sürətlə populyarlaşmasını müşahidə edərək tələb edirik:

1. Kazan sakinlərinə “Anna Karenina”nın reklamı vasitəsilə ötürülən zinakarlıq və intiharın kütləvi təbliğatını dayandırılsın.

2. Romanın məzmunu daha həyatabağlı məzmunla dəyişdirilsin, Tolstoyun mətninə bizim respublikamızın və xalqımızın ənənələrinə xas olan müsbət ailə dəyərləri əlavə olunsun”

# 2514 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər