Orhan Pamukun əsəri Beynəlxalq Man Booker mükafatında

Orhan Pamukun əsəri Beynəlxalq Man Booker mükafatında
10 mart 2016
# 11:58

Dünyada ötən il ingilis dilinə tərcümədə nəşr olunmuş ədəbiyyatın "ən yaxşıları"nı seçən Beynəlxalq Man Booker mükafatının 2016-cı il üçün uzun siyahısı açıqlanıb. Burada 13 kitab var.

Onların arasında əvvəllər bu mükafatı almış iki yazıçı, iki Nobel mükafatçısı, iki nəfər də debüt yazıçı var.

Bu müəlliflər 12 ölkəni, 9 dili təmsil edir. Onların seçilən kitabları əvvəlcə Angola, İtaliya, C.Koreya, Fransa, İndoneziya, Çin, Konqo, Avstriya, Braziliya, Yaponiya, Finlandiya və Türkiyədə çıxıb.

Yuxarıda qeyd etdiyimiz iki debüt roman ilk çıxdıqları ölkələrin dövlət tərcümə proqramlarıyla Britaniyada işıq üzü görüb. Uzun siyahını Britaniya naşirləri seçiblər.

José Eduardo Agualusa, Elena Ferrante, Han Kang, Maylis de Kerangal, Eka Kurniawan, Yan Lianke, Fiston Mwanza Mujila, Ruduan Nassar, Marie NDiaye, Kenzaburō Ōe, Aki Ollikainen, Orhan Pamuk və Robert Seethaler.

Münsiflər heyətinin builki sədri Boyd Tonkin mükafatın rəsmi səhifəsində deyir: "Seçilən 13 kitab bu gün dünyada yazılan rəngarəng nəsrin ən əlalarıdır."

"Miniatür tarixi epik əsərlərdən dərin ehtiras epizodlarına qədər, uğursuz ailə dramlarından tutmuş bir xarakter ətrafında cərəyan edən şəhər həyatına qədər, bu siyahı özündə bir çox sərhədləri ehtiva edir. Bu siyahı həm də onları ingilisdilli oxucuya çatdıran əla kateqoriyalı tərcüməçilərin əməyinin bəhrəsidir."/oxuzali.az/

# 3059 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər