Mirzə Cəlilin məşhur pyesindən 16+ tamaşa hazırlanıb

Mirzə Cəlilin məşhur pyesindən 16+ tamaşa hazırlanıb
10 oktyabr 2019
# 11:14

Oktyabrın 10-dan 20-dək Bakıda keçirilən MAP Beynəlxalq Teatr festivalında rejissor Kamran Şahmərdanın quruluş verdiyi "Dəli yığıncağı" tamaşası ilə təmsil olunacaq.

Bu haqda kulis.aza rejissor özü açıqlama verib. O bildirib ki, Cəlil Məmmədquluzadənin eyni adlı məşhur pyesi əsasında hazırlanan tamaşa etno-rok-muzikl janrındadır:

“Bu tamaşanı hazırlamaqda məqsədim Cəlil Məmmədquluzadə yaradıcılığını indiki zamanda təbliğ etmək, onun fikirlərini cəmiyyətimizə çatdırmaqdır. Vaxtı ilə Cəlili başa düşməyiblər, amma indi onun zamanı gəlib çatıb. Cəlil elə əslində bizim zəmanənin adamıdır. Mən həmişə bu müəllifə hörmət etmişəm. Ömrüm boyu da arzulamışam ki, Cəlilin əsərlərini səhnələşdirim. Bizim tamaşa bu günə qədər qoyulan tamaşalardan fərqlənir. Amma mənim üçün çox sevindiricidir ki, Cəlilin əsərlərinə hər zaman müraciət olunur. Onun yaradıcılığına nə qədər çox müraciət olunsa, bizim insanlarımız o qədər azad düşüncəli olacaq.”

Rejissor tamaşadakı 16+ yaş həddinə də aydınlıq gətirib:

“Tamaşada açıq-saçıq səhnələr yoxdur. Amma elə əsərlər var ki, gəncləri müxtəlif yaş həddinə qədər onlardan uzaq tutmaq lazımdır. Bu baxımdan mən də qərara aldım ki, “Dəli yığıncağı” tamaşasındakı müəyyən həssas və təsirli məqamları 16 yaşından aşağı gənclər izləməsin. Düşündüm ki, onlara toxunmayaq.”

Xatırladaq ki, əsərin səhnə adaptasiyasının tərtibatçısı Lalə Əliyevadır. Səhnə əsərində Xalq artisti Məmməd Səfa Qasımov, aktyorlar Əbdülqəni Əliyev, Hikmət Rəhimov və digərləri iştirak edirlər. Pırpız Sona obrazını isə Xalq artisti Gülzar Qurbanova canlandıracaq.

Tamaşa oktyabrın 10-da “ÜNS” Yaradıcılıq Mərkəzində nümayiş olunacaq.

# 3504 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər