Gülyanaq Məmmədova ağladı: "Həkimlər qoymadı ölüm"

Gülyanaq Məmmədova ağladı: "Həkimlər qoymadı ölüm"
2 noyabr 2019
# 10:45

Heydər Əliyev Sarayında Azərbaycanın xalq artistləri Gülyaz, Gülyanaq Məmmədova bacılarının “İki qəlbin nəğməsi” adlı solo konserti keçirilib.

Kulis.Az xəbər verir ki, konsert zamanı Gülyanaq Məmmədova göz yaşlarına hakim ola bilməyib. Müğənni "Mən bu ömrü elə-belə yaşadım" mahnısını ifa edərkən səhhətində problem olduğunu dilə gətirib və ağlayıb: "Bu mahnını ifa etməyə gücüm çatmır. Hər dəfə bu mahnını ifa edəndə mən elə şeylər yaşayıram ki... Həkimlər qoymadı ölüm".

Gülyaz Məmmədovadan və tamaşaçılardan dəstək alan müğənni mahnını yarıya qədər ifa edib.

Konsertdən sonra müğənni Kulis.az-a bildirib ki, bir neçə ay öncə səhhətində problem yaranıb. Xəstəliyi barədə danışmaq istəməsə də, müğənni problemin ürəyi ilə bağlı olduğuna eyham edib:

“İnsanıq, bəzən bədənimiz zəifləyir. Müəyyən orqanlarda problem yaranır. Məndə də nasazlıq yarandı. Adamın döyünən ürəyi bir gün əsirsə, o heçnə eləyə bilməz".

Xalq artisti bildirib ki, onun həyatda qalmasında həkimlərin ciddi rolu olub:

"Azərbaycan həkimlərinin önündə baş əyirəm. Qayınanam Türkiyənin məşhur xəstəxanalarından birində həkim işləyir. Çox sağ olsun, yayda qayınanam məni sağaltdı".

# 6562 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər