Tərcümə Mərkəzi Turin Beynəlxalq Kitab Sərgisində

Tərcümə Mərkəzi Turin Beynəlxalq Kitab Sərgisində
15 may 2015
# 16:45

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi XXVIII (28-ci) Turin Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxana ilə birgə ölkəmizi təmsil edir. Kulisin məlumatına görə Mərkəzin təmsilçisi qurumun əməkdaşı Şahin Ələsgərovdur.

Açılış mərasimi 14 may 2015-ci il tarixində “Torino Lingotto Fiere” Beynəlxalq Kitab Zalında baş tutan sərgidə Azərbaycanla yanaşı, Almaniya, İsrail, Qazaxıstan, Albaniya kimi onlarla ölkə, həmçinin, “Edizioni Del Baldo”, “Marco Del Bucchia Editore”, “Carlo Delfino Editore”, “Carlo Saladino”, “Miso Editore”, “Marchetti Editore”, “Nottetempo”, “Logus Mondi İnterattivi” və “Edizioni Perla Decrescita Felice” kimi yüzlərlə məşhur İtaliya nəşriyyatı iştirak edir.

İlk dəfə iştirak etdiyindən “xüsusi qonaq” statusuna malik olan Azərbaycan stendində “Tərcümə Mərkəzinin kitabları” seriyasından olan kitablar, Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxanaya məxsus kitablar nümayiş etdirilir.

Sərginin ilk günü stendimizdə nümayiş etdirilən, “Tərcümə Mərkəzinin nəşrləri” seriyasından “Candles (101 verses)” (“Şamlar (101 şeir)” kitabı ən çox marağa səbəb olan kitablardan olub. Sərgi may ayının 18-ə kimi davam edəcək.

# 2215 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər