Tiflisdə azərbaycanlı fotoqrafın sərgisi açılıb

Tiflisdə azərbaycanlı fotoqrafın sərgisi açılıb
18 iyul 2019
# 14:15

Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı fotoqraf Nurlan Tahirlinin fərdi sərgisi açılıb.

Gürcüstan Milli Parlament Kitabxanasında açılan sərgi “Travel Tunnel” (Səyahət Tuneli) adlanır.

Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Gürcüstan Fotoqraflar Assosiasiyasının (APG) birgə təşkil etdiyi sərgidə fotoqrafın 30-dan çox səyahət və şəhər mənzərələri mövzusunda, habelə 360 dərəcə panoramik şəkilləri nümayiş olunub.

APG-nin sədri Kaxa Pxakadze tədbiri açaraq gənc fotoqraf N.Tahirlinin yaradıcılığını təhlil edib, onun fotoqrafiya sahəsində daha böyük uğurlar qazanacağına əmin olduğunu söyləyib.

APG idarə heyətinin üzvü Nino Mgebrişvili, “Associate Press”in fotomüxbiri Şahvələd Eyvazov və fotoqraf George Okromçedlişvili N.Tahirlini təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Azərbaycan Fotoqraflar Birliyinin katibi, eləcə də Gürcüstan Fotoqraflar Assosiasiyasının 2017-ci ildən üzvü olan N.Tahirlinin bu sərgisi sayca üçüncüdür. Daha öncə fotoqrafın Azərbaycanda (2015) və Türkiyədə (2016) fərqli mövzularda əsərləri nümayiş olunub.

N.Tahirli təhsilinin bakalavr pilləsini Azərbaycan Dövlət İqtisad Universitetində, marketinq üzrə magistratura təhsilini Türkiyənin Sakarya Dövlət Universitetində alıb.

Bir sıra beynəlxalq fotomüsabiqələrin iştirakçısı və mükafatların laureatı olan fotoqraf 2019-cu ildə Avropa Fotoqraflar Federasiyası (FEP) tərəfindən "European Photographer" (Avropa Fotoqrafı) kvalifikasiyasına layiq görülüb./azertag.az/

# 2521 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər