Kəhrəba saplardan hazırlanmış əsərlər sərgidə

Kəhrəba saplardan hazırlanmış əsərlər sərgidə
29 aprel 2019
# 12:42

Mayın 3-də Müasir İncəsənət Muzeyində latviyalı rəssam İveta Vetsenanenin “Müasir incəsənət zövqü. Kəhrəba sapların ehtizazı” adlı sərgi açılacaq.

Latviya Respublikasının 100 illiyinə həsr ediləcək sərgidə rəssamın 20- dən artıq qobelen əsəri təqdim edəcək. Əsərlərin arasında kəhrəba saplarla işlənmiş və heç vaxt nümayiş etdirilməyən qobelenlər də var.

Sərgi mayın 1-dən 14-dək davam edəcək 3-cü “İMAGİNE” Avropa Tolerantlıq Festivalı çərçivəsində reallaşacaq.

Qeyd edək ki, İveta Vetsenane 1962–ci il sentyabrın 24-də Latviyanın paytaxtı Riqada anadan olub. O, 1988–ci ildə Latviya İncəsənət Akademiyasının toxuculuq incəsənəti bölməsini bitirib. 2005–ci ildə eyni fakültənin magistr dərəcisini bitirib.

O, heyrətamiz rəssam olmaqla yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən çox pozitiv şəxsdir. Populyar jurnallar üçün məqalələr yazır, uşaq kitablarının müəllifi kimi çox sayda kitablar üçün illüstrasiyalar hazırlayır. 1996–cı ildən Latviya Toxucu Rəssamları Assosiasiyasının üzvüdür.Uşaqlıqdan İveta təbiətə bağlılıq hiss edirdi. Yaradıcılığının əsas ana xətti qobelen toxuculuğudur. O, böyük ölçülü əsərlər yaratmaqdan zövq alır. Rəssam öz əsərlərini təzadlı rəng prinsipi əsasında qurur. Onun əsərlərinin əsas mövzusu – su zanbağıdır. Su zanbağı gülü təbiətin üç elementi – yer, su və havanı özündə ehtiva edir.

Onun toxuculuq incəsənətin - qobelen, ipək üzərində rəngkarlıq əsərləri və bəzək əşyalarından ibarətdir. Son yenilik qobelen toxuculuğunda kəhrəba saplardan istifadə edilməsidir. Kəhrəba saplarının tarixi 2006–cı ildən başlayır. Riqa Texniki Universiteti Biomateriallar və Biomexanika İnstitutunun baş tədqiqatçısı İnqa Lyaşenko qədim Misirdə kəhrəbanın istifadə edilməsi haqqında Qahirədə məqalə tapmışdır: “Qədim Misirdə qan kəhrəba qablarda saxlanılırdı, istifadə edilən material laxtalanmanın qarşısını alırdı.” Kəhrəba sapı təmizlənmiş kəhrəba tozunun poliamid sap ilə qarışığından əldə edilir. Beləliklə tarixdə kəhrəba saplarından istifadə edərək əsərlər yaradan ilk rəssam İveta Vetsenanedir.

1986–cı ildən etibarən rəssam müxtəlif sərgilərdə iştirak edib. Latviya, Estoniya, Litva, Çex Respublikası, Finlandiya, Rusiya, ABŞ, Almaniya, Lüksemburq, İtaliya, Ukrayna və digər ölkələrdə fərdi sərgiləri təşkil edilib.

Rəssamın əsərləri Latviya Milli İncəsənət Muzeyində, İsveç Eskilstuna şəhər muzeylərində, Baltikyanı ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır./azertag.az/

# 3079 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər