İsveçdə hamını heyran qoyan Azərbaycanlı uşaq

İsveçdə hamını heyran qoyan Azərbaycanlı uşaq
5 iyun 2018
# 16:25

İsveçin paytaxtı Stokholm şəhərində azərbaycanlı uşaq tamaşada oynadığı rolla hamını heyran qoyub.



Böyük türk şairi Nazim Hikmətin vəfatının ildönümü ilə bağlı Stokholm Türk Teatrında təşkil edilən tamaşada azərbaycanlı Məhəmməd Əlininin "Dünyanı uşaqlara verək" şeiri türk icmasının və bütün tamaşaçıların alqışlarına səbəb olub.



Məhəmməd Əli Nəzərlinin şeirdən sonra “Nazim Hikmətin ruhu qarşısında baş əyirəm” deməsi alqışlarla qarşılanıb.



Tamaşa türk teatrının bədii rəhbəri Bürcü Ada Soysopun "Nazim Hikmət ölməyib, Nazim Hikmət Məhəmməd Əlininin simasında bir daha dünyaya göz açdı" sözləri ilə başa çatıb.



Məhəmməd Əli bir pərdəli musiqili tamaşada Şopenin, Motsartın əsərlərindən ifa edib. Məhəmməd Əli tamaşadan razı qaldığını bildirib.



“Mən Azərbaycan türküyəm. Bununla qürur duyuram. Şərqdə ilk dəfə dramaturgiyanı Azərbaycan türklərinin böyük ədəbi, fikir insanı Mirzə Fətəli Axundov yaradıb”, - deyə jurnalistlərə musahibəsində söyləyib./modern.az/

# 2687 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər