“YUĞ” Teatrı Kazanda diplomla təltif edilib

“YUĞ” Teatrı Kazanda diplomla təltif edilib
10 iyun 2019
# 13:55

“YUĞ” Dövlət Teatrının kollektivi Rusiya Federasiyası Tatarıstan Respublikasına səfərdən qayıdıb. Teatrın kollektivi Tatarıstanın paytaxtı Kazanda türkdilli xalqların “Novruz” teatr festivalında iştirak edib.

Kulis.az xəbər verir ki, “YUĞ” Dövlət Teatrı beynəlxalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edib. K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunan tamaşa həm mütəxəssislər, həm də teatrsevərlər tərəfindən müsbət qarşılanıb. “YUĞ” Dövlət Teatrı festivalda iştirakına görə diplomla və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib.

“Müəmmalı bir qətlin üç versiyası” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadədir.

Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış ediblər.

Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının təşkilatçılığı ilə keçirilən XIV “Novruz” festivalının proqramına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiyanın teatr kollektivlərinin tamaşaları daxil olub. Festivalda Rumıniyanın Nottara teatrı Molyer və Bulqakovun əsərləri əsasında hazırlanmış “Molyer” tamaşası ilə xüsusi qonaq kimi iştirak edib.

# 3621 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər