ABŞ-ın məşhur dərgisi Əkrəm Əylislidən yazıb

ABŞ-ın məşhur dərgisi Əkrəm Əylislidən yazıb
22 aprel 2019
# 11:51

Amerikalı filoloq, professor Rayan Streder ABŞ-da nəşr olunan “Cleaver” ədəbiyyat dərgisində yazıçı Əkrəm Əylislinin nüfuzlu “Academies Press” nəşriyyatında ingilis dilində çapdan çıxan “Əlvida, Əylis” adlı kitabı barədə geniş və əhatəli məqalə dərc etdirib.

Kulis.az contact.az-a istinadən xəbər verir ki, xanım Streder öz məqaləsində Əylislinin yaradıcılığını dünya ədəbiyyatı kontekstində araşdırır, onu Zoşşenko, Bulqakov, Soljenitsın, Markes və Yerofeyevlə müqayisə edir, görkəmli yazıçının kitabında yer alan əsərləri Nobel mükafatı laureatlarının romanları ilə bir sırada dəyərləndirir; Endryu Vaxtelin, Mixail Məmmədovun, Şura Burtinin Ə.Əylisli haqqında yazdığı məqalələrdən söz açır.

Yazıçının verdiyi məlumata görə, onun bu kitabı haqqında ABŞ və İngiltərə mətbuatında bundan əvvəl də çox sayda məqalə dərc edilib, ABŞ-ın tanınmış ədəbi orqanlarında kitabdan parçalar verilib, paytaxt Vaşinqtonda kitabla bağlı bir sıra mədəni tədbirlər keçirilib.

# 4343 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər