“Şeyx Səfi xalçası” Los-Ancelesdə

“Şeyx Səfi xalçası” Los-Ancelesdə
26 yanvar 2018
# 09:44

Azərbaycanın ən məşhur xalçalarından biri - “Ərdəbil” və “Şeyx Səfi xalçası” adları ilə tanınmış xalça hazırda Los-Anceles dairəsindəki İncəsənət Muzeyində nümayiş etdirilir.

Kulis.azın Azərtaca istinadən verdiyi xəbərə görə toxunma tarixi məlum olan ən qədim, ən iri (35 milyon ilmədən ibarət) və tarixi əhəmiyyətli xalçalardan biri sayılan “Şeyx Səfi xalçası” başqa bir məşhur Azərbaycan xalçası ilə bərabər uzun müddət Londondakı Viktoriya və Albert Muzeyində saxlanılıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, bu iki xalça 1539-1540-cı illərdə Təbrizdə toxunub və XIX əsrə qədər Ərdəbil şəhərindəki bir məbəddə saxlanılıb. XIX əsrdə həmin xalçalar Londona gətirilib. Onlardan biri (“Şeyx Səfi xalçası”) gizli şəkildə amerikalı sənayeçi C.Poul Gettiyə satılıb. 1953-cü ildə Getti həmin xalçanı Los-Anceles dairəsindəki İncəsənət Muzeyinə hədiyyə edib.

Hazırda həmin muzeydə nümayiş etdirilən xalça daha gözəl hesab edilir. Xalçanın ölçüləri çox böyük (uzunluğu 23, eni 13 fut) olduğuna görə, adətən onu 6-10 ildə bir dəfə Los-Anceles dairəsindəki İncəsənət Muzeyində nümayiş etdirirlər. 1965-ci ildəki “debüt”ündən ötən müddətdə bu xalça cəmi 6 dəfə nümayiş etdirilib. Builki sərgi fevralın 11-dək davam edəcək.

# 6368 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər