İlham Namiq Kamal yeni obrazda - PREMYERA

İlham Namiq Kamal yeni obrazda - <span style="color:red;">PREMYERA
21 noyabr 2017
# 15:09

Azərbaycan Dövlət Musiqili Teatrında bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının tamaşası hazırlanıb.

Dövlət Musiqili Teatrının mətbuat xidmətindən Kulis.az-a verilən xəbərə görə, noyabrın 24-də baş tutacaq nümayişin özəlliyi Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalın tamaşada iştirakı ilə bağlıdır.

İlham Namiq Kamal bu tamaşada baş rolu – Bəbirli obrazını canlandıracaq. “Musiqili teatrın rus bölməsi tərəfindən hazırlanan bu məşhur operettada ilk dəfə səhnəyə çıxacağam. Bəbirli çox xarakterik bir obrazdır. Koloritli olduğu qədər də özünəməxsus düşüncə tərzinə malikdir. Rauf Hacıyevin musiqisi isə şedevrdir. Bir məqamı xüsusi qeyd etmək istərdim, peşəkar aktyor üçün dil faktoru yoxdur. Əsas aktyorun plastikası, məharəti, oynadığı obrazı doğru-düzgün təqdim etmək bacarığına sahib olmasıdır. İnanıram ki, tamaşaçılar mənim ifamda Bəbirlini sevəcəklər”, - deyə İlham Namiq Kamal bildirib.

Beynəlxalq layihə kimi teatrın tarixinə yazılan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu baletmestrləri Əmdar artist Zakir Ağayev və Leyla Ağayevadır. Tamaşada rolları Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Yuliya Heydərova, Rauf Babayev, Nicat Əli və Əliməmməd Novruzov ifa edirlər.

# 2413 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər