Murad Köhnəqalanın “Sağ ol”u

Murad Köhnəqalanın “Sağ ol”u
3 iyun 2015
# 15:59

Muradı Köhnəqalanı çoxdan tanıyıram, məncə, onun 60-a yaxın yaşı olmalıdır. İlk dəfə Natiq Səfərov tanış edib. Onda o hələ şeir yazırdı, Natiq ona deyirdi ki, öz həyatı şeirə daha çox bənzəyir.

Natiqin tanış etdiyi adamlar elə bilirəm tarixdən qalma hədiyyədirlər. Onlara daha həssas, daha diqqətli olmağa, onların xətrini sındırmamağa çalışıram.

Murad bir neçə dəfə müxtəlif yerlərdə öz kitabları haqqında söhbət açıb. Demişəm gətir, ya da göndər nəşr edim. Bir dəfə gəldi, şerləri, məqalələri və hekayələrindən ibarət 3 kitab gətirdi. Dedim, Murad gəl hekayələrdən başlayaq, həm həcmi kiçikdir, həm də hekayə nisbətən oxunur. Dedim, 300 ədəd çap edəcəm.

Sənə kitab və qonorar verməyəcəm, imkanım yoxdur. İstəsən bir necə ədəd götürə bilərsən. Amma almaq istəsən 50 faizə- yəni 2 manat ödəməklə ala bilərsən.

Kitab çıxdı, yayıma getdi, mətbuatda məlumat yayıldı. Dedi təqdimat istəyirəm. Dedim “Park Bulvara” deyərəm təşkil edərlər. Amma həyatımda baş verən məlum hadisəyə görə özüm iştirak edə bilməyəcəm. Doğrusu, Muradın zəngi elə vaxta təsadüf etmişdi ki, nəinki təqdimat, heç kitab haqqında belə düşünməyə macal yox idi. Ola bilsin ki, o zaman ümumi vəziyyətimə görə bir az onunla sərt danışmışam, yəni rəhmətliyin nəvəsi mən nə hayda, sən nə hayda.

İndi mənim üstümə gələnlər çoxdur. Zamanında onların kitabını pulsuz çıxarmağı böyük dəstək hesab etmişəm. Hər halda əminəm ki, Murad başqa yerdə kitab çıxara bilsəydi, onu edərdi. Necə ki, bir dəfə başqa yerdə kitabını nəşr etdirirdi, nəşriyyat qorxusundan öz adını qoymadığından ona nəşriyyatın qrifini verdim. Yəni kitab başqa yerdə nəşr olunsa da, bizim adımızla çıxdı.

“Daha rayonda yaşayıram, mənə bir yaxşılıq et, kitabım nəşr olunsun, qalan heç nə istəmirəm” deyib, indi tam başqa havada danışmaq, əlbəttə hər kəsin öz əxlaqına aid olan məsələdir.

İndi isə Muradın kitabının hesabatı:
Kitabın çap sayı: 300
Kitab dükanlarına yayıma gedib: 130
Təqdimatda satılıb: 39
Kitab evim: 1 ədəd
”28 May” metrosunun yanı: 5 ədəd
Müəllifə pulsuz nüsxə: 2 ədəd
Anbarda qalıb: 101 ədəd.
Müəllifin aldığı: hər birinə 2 manat ödəməklə 20 ədəd.

Fevral ayından bu vaxta qədər 67 ədəd satılıb. Yalnız may ayında isə Muradın kitabı 3 ədəd satılıb.

Ötən 4 ay ərzində kitab satışından nəşriyyata 160 manat pul daxil olmuşdur. Kitabın nəşriyyat üçün təmiz başa gəlmə xərci 390 manat olmuşdur.

“Qanun” nəşriyyatı özəl nəşriyyatdır. Redaksiyanın əməkdaşları da daxil olmaqla 70 nəfərdən çox tərcüməçi, redaktor, korrektorla çalışır. Belə bir vəziyyətdə nəşriyyat necə yaşaya bilər? Və niyə, hansı ilahi səbəblərə görə Muradın kitabını çıxarmalıdır, adam heç “sağ ol” belə deməyi bacarmır...

# 2657 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər