Xalq yazıçısının 100 illiyi qeyd edilib

Xalq yazıçısının 100 illiyi qeyd edilib
27 oktyabr 2021
# 18:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Baş İdarədən bildirilib ki, tədbirdə Xətai rayon MKS-nin əməkdaşları, Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, yazıçı, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, ATU-nun kafedra müdiri Həbib Mirzəyev, şair, publisist Fəxrəddin Meydanlı iştirak etdilər.

Tədbirdə Əzizə Cəfərzadənin yaradıcılığından, müəllimlik fəaliyyətindən, gördüyü xeyriyyə işlərindən geniş bəhs olunub. Bildirilib ki, tanınmış qadın yazıçılarımızdan olan Əzizə Cəfərzadənin yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarıb. O, Bakı Dövlət Universiteti filologiya fakültəsinin professoru kimi uzun illər Azərbaycanda elmi kadrların hazırlanması işinə layiqli töhfə verib.

Tədbir zamanı Xalq yazıçısı Əzizə Cəfərzadənin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət slayd izlənilib. /azertag.az/

# 2404 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər