Xalq artisti Firəngiz Şərifovanın məzarı ziyarət olundu

Xalq artisti Firəngiz Şərifovanın məzarı ziyarət olundu
6 fevral 2024
# 16:03

Fevralın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Xalq artisti, Firəngiz Şərifovanın 100 illiyi münasibəti ilə aktrisanın məzarını ziyarət edib.

Kulis.az xəbər verir ki, ziyarət zamanı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Nicat Kazımov, teatrın aktrisası Əməkdar artist Şəfəq Əliyeva, eləcə də Firəngiz Şərifovanın ailə üzvləri Xalq artistinin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun keçdiyi sənət yoluna nəzər salıblar.

Firəngiz Şərifova 2014-cü il, fevralın 20-də 90 yaşında vəfat edib.

O, 1960-cı ildən ömrünün sonundək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərib. Fəaliyyəti dövründə bir-birindən maraqlı, yaddaqalan rollar ifa etməklə tamaşaçıların dərin məhəbbətini qazanıb.

Teatr sənəti sahəsindəki xidmətlərinə görə aktrisa 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 25 dekabr 1969-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildən prezident təqaüdçüsü olub.

# 2554 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər