Vətən müharibəsinə həsr olunmuş rəsm müsabiqəsi elan edildi

Vətən müharibəsinə həsr olunmuş rəsm müsabiqəsi elan edildi
6 oktyabr 2023
# 12:10

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin rəngi” adlı rəsm müsabiqəsi elan edir.

Kulisa.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, “Zəfərin rəngi” rəsm müsabiqəsinin məqsədi xalqımıza əbədi Qələbə ruhu bəxş edən tariximizin bu şanlı səhifəsini gənclərin gözü ilə görmək və inkişafını dəstəkləmək, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılmasından ibarətdir.

Müsabiqə həvəskar və peşəkar kateqoriyaları üzrə keçirilir. Layihədə 16-25 yaş arası gənclər iştirak edə bilərlər. İştirakçılar 25 oktyabr tarixinə qədər əsərlərini çərçivəli şəkildə Muzey Mərkəzinə hər gün saat 10:00-dan 17:00-dək təqdim etməlidirlər.

Əsərlərin ölçüsü 50x60-dan kiçik olmamalıdır. İşlənmə texnikası sərbəstdir. Qaliblər iki kateqoriya üzrə müəyyən olunacaqlar. Hər kateqoriya üzrə 3 qalib nəzərdə tutulub.

Müsabiqənin nəticələri Muzey Mərkəzində təşkil olunan sərgi zamanı elan ediləcək.

Ətraflı məlumat üçün +994 50 715 57 55 və ya 055 715 57 55 nömrələri ilə əlaqə saxlamaq olar.

# 2593 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər