“Ulduzlu görüşlər” çərçivəsində növbəti görüş - Vəsimə İsmayılqızı

“Ulduzlu görüşlər” çərçivəsində növbəti görüş - Vəsimə İsmayılqızı
6 may 2026
# 11:27

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ulduz” jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan “Ulduzlu görüşlər” çərçivəsində növbəti tədbir keçirilib.

Kulis.az xəbər verir ki, görüşün qonağı yazıçı-publisist Vəsimə İsmayılqızı olub. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

Filologiya fakültəsinin “Ulduz” jurnalında yaradıcılıq təcrübəsi keçən 4-cü kurs tələbələri üçün təşkil olunan görüşdə tanınmış ədəbiyyat və mətbuat nümayəndələri iştirak ediblər.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs layihə çərçivəsində keçirilən ustad dərslərinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu dərslər həm görüş, həm də praktiki məşğələ formatında təşkil olunur və tələbələrin yaradıcılıq bacarıqlarının formalaşmasına xidmət edir. Qeyd olunub ki, bu prosesdə təkrar və müzakirələr xüsusi yer tutur, çünki biliklərin möhkəmlənməsi məhz bu mərhələdə baş verir. Ümumilikdə isə belə təşəbbüslər öyrədici olmaqla yanaşı, gənclər üçün motivasiyaedici bir mühit yaradır.

Daha sonra Azərbaycan Universitetinin baş müəllimi Leyla Məmmədəliyeva, şair-publisist, Əməkdar müəllim İsgəndər Səklikov, Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Əlaqələr Mərkəzinin direktoru Əsəd Cahangir, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İntiqam Yaşar və digər natiqlər bu cür görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsində mühüm rol oynadığını bildiriblər. Onlar Vəsimə İsmayılqızının yaradıcılığından bəhs edərək onun əsərlərində qaldırılan mövzuların aktuallığını, publisistikasında cəmiyyətə həssas yanaşmanı və oxucu ilə qurduğu səmimi ünsiyyətin əhəmiyyətini xüsusi vurğulayıblar.

Çıxış edənlər, eyni zamanda, Vəsimə İsmayılqızının müəllifi olduğu "Heydər Əliyevin Vətən səfərləri” çoxcildliyi barədə danışıblar. Onlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, bu siyasətin bu gün də uğurla davam etdirildiyini vurğulayıblar.

Daha sonra tələbələr qonaq yazıçı Vəsimə İsmayılqızına suallar ünvanlayıblar. Yazıçı müəllifi olduğu kitablar, publisistika sahəsində fəaliyyəti, yaradıcılıq prosesi və oxucularla ünsiyyətin əhəmiyyəti barədə ətraflı danışıb, gəncləri daha çox oxumağa və yazmağa təşviq edib.

Qeyd edək ki, “Ulduzlu görüşlər” layihəsi çərçivəsində təşkil olunan bu cür tədbirlər gənc yazarların formalaşmasında, onların peşəkar ədəbi mühitlə əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır.

# 1200 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər