“Turan” Etno-Folk Ansamblı “Xarıbülbül” musiqi festivalında çıxış etdi

“Turan” Etno-Folk Ansamblı “Xarıbülbül” musiqi festivalında çıxış etdi
15 may 2026
# 13:00

Şuşada keçirilən “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalında memarlıq incisi – Xan qızı Natəvanın sarayının qarşısında türk musiqi mədəniyyətinə yeni nəfəs gətirən Qazaxıstanın “Turan” Etno-Folk Ansamblının konserti keçirilib.

Kulis.az xəbər verir ki, kollektivin ifasında Türk dünyasının musiqisi səslənib. Ansambl folklor musiqisini müasir tələblərə uyğunlaşdıraraq dünya səhnəsinə çıxarmağa nail olub.

“Turan” kollektivinin yaradıcılığını insanları qədim kökləri ilə birləşdirən metamusiqi kimi dəyərləndirmək olar.

“Turan”ın yaradıcılığı universal olaraq irsi, milli, dil sərhədləri tanımır və hər dinləyicinin qəlbinə yol taparaq dərin hisslər oyadır. Ansambl dünyanın 122 regionunda 3 minə yaxın solo konsert proqramı ilə çıxış edib. Kollektivin əsas missiyası isə türk xalqlarının musiqi vasitəsilə birliyidir.

Festivalda musiqi kollektivinin ifasında Azərbaycanın “Ay, Laçın” əsəri də səslənib.

Qeyd edək ki, mayın 15-də - festivalın ikinci günündə də qonaqları zəngin musiqi proqramı gözləyir.

# 884 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər