Tələt Rəhmanovun doğum günüdür

Tələt Rəhmanovun doğum günüdür
12 dekabr 2023
# 13:15

Bu gün aktyor Tələt Rəhmanovun doğum günüdür.

Kulis.az məlumat verir ki, Tələt Əliağa oğlu Rəhmanov 12 dekabr 1931-ci ildə İçərişəhərdə dünyaya gəlib.

Atası uşaq yaşlarında repressiya qurbanı olub.

Gənc yaşlarından kino-studiyada çalışıb, 70-dən çox filmdə müxtəlif rollar canlandırıb. Bunların bir çoxu epizodik rollar olub.

Tələt Rəhmanov fəxri ad almasa da, onun oynadığı rollar tamaşaçıların yaddaşında silinməz iz qoyub... “Qaynana”da Əli, “Sehirli xalat”da “milisoner”, “Arşın mal alan”da nökər Vəli, “Uzaq sahillərdə”də xidmətçi, "Kişi sözü"ndə kolxoz sədri Bayandur...

Ölümündən bir müddət əvvəl infarkt keçirib. Öləndə həyat yoldaşı elə bilib ki, zarafat edir. Həmin gün çəkilişdən gəlib. Dəniz kənarında olan çəkilişdən ağız dolu danışıb. Danışdığı yerdə qəfil səsi xırıldamağa başlayıb. Həyat yoldaşı deyib ki, “ay Tələt, bəsdi də aktyorluq elədin”. Sonra görüblər ki, o, özündən gedib. Həkimlər gələnədək isə artıq gec olub. Tələt Rəhmanov 1993-cü il noyabrın 13-də dünyasını dəyişib.

# 2864 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər