Təki qanqaraçılıq olsun... - Qismət Rüstəmov

Təki qanqaraçılıq olsun... - Qismət Rüstəmov
3 iyun 2025
# 16:50

Kulis.az Qismət Rüstəmovun "Təki qanqaraçılıq olsun?" yazısını təqdim edir.


Həmişə əlimin altında olan bloknotlardan birinə, kompüterimdəki yaddaş proqramlarına (axır vaxtlar obsidion işlədirəm), yapışqanlı rəngbərəng kağızlarda otağımın divarına tez-tez özüm üçün qeydlər yazıram: burada mütləq oxunmalı kitablar və baxılmalı filmlərə aid qeydlər də olur, özümdə tərbiyə etmək istədiklərimlə bağlı təlimatlar da.

Bu qeydlər dinamikdir, zamanla dəyişir. Ancaq son illərdə onların içində bir punkt hələ ki, dəyişməyib: bu, 2015-ci ildə məşhur türk tənqidçisi Semih Gümüşün Orxan Pamukdan götürdüyü bir müsahibədən sonra özüm üçün yəqinləşdirdiyim qənaətdir. (Qısaca belə yazmışam: Sevgiylə bax!)

Həmin müsahibədə Semih Gümüş Pamukdan soruşur ki, ilin dörd-beş ayını yaşadığın Amerika ədəbi mühiti ilə bizim Türkiyə mühiti arasında ən təməl fərq səncə nədir? Pamuk cavab verir ki, bizim mühit yeni bir əsər yazan, kitab çıxaran müəllifi dəstəkləyici deyil. Sonra belə davam edir, demirəm ki, dünyada belə problem yoxdur, ancaq orada daha xeyirxah bir mexanizm var, bizdə bu azdır.

Bu, bizə də aiddir: həmkarlar bir-birinin qanını içməyə hazırdır, hər hansı mətni oxutmaq üçün qoyulan başlıqlarımız ancaq neqativ üstündən təqdim olunur. Söhbət ağına-bozuna baxmadan hər şeyi bəyənməkdən, təqdir etməkdən getmir. Söhbət elementar mexanizmdən, revyunu ədəbi tənqid mətnindən, tanıtımı şünaslıq yazısından ayırmaqdan və həmkar etikasından gedir.

Dünyanın heç yerində peşakarlar öz aralarındakı ədəbiyyat mübahisələrini oxucuların qabağında aparmır. “Təki həmişə qanqaraçılıq olsun!” – ovqatından xilas olmalı!

# 1968 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər