“Teatrın dostu” mükafatının təqdimolunma mərasimi keçirildi

“Teatrın dostu” mükafatının təqdimolunma mərasimi keçirildi
16 iyul 2025
# 16:28

Azərbaycan Dövlət Kukla Teatrında 93-cü mövsümün bağlanışı və mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri üçün təsis olunmuş “Teatrın dostu” mükafatının təqdimolunma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, millət vəkillərinin, ziyalıların, Meksikanın ölkəmizdəki səfiri Viktoriya Romero, aparıcı media mənsubları, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə teatrın bu mövsümdə qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə mövsüm ərzində kollektivin teatra qazandırdığı uğurlardan danışıb.

Teatrın direktoru ilin sonunadək daha üç səhnə əsərinin hazırlanacağını və daha 2 beynəlxalq festivalda iştirak edəcəklərini də diqqətə çatdırıb.

Sonda, teatrın baş direktoru Rəşad Əhmədzadə tərəfindən Milli Məclisin deputatlarına və media təmsilçilərinə “Teatrın dostu” rəmzi mükafatı təqdim olundu.

Qeyd edək ki, mükafat alanlar sırasında Kulis.az-ın əməkdaşı Ülvi Bahadır da var.

Tədbir musiqi proqramla davam edib.

# 1578 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər