"Tariximizin Qərbi Azərbaycan izləri" adlı sərgi keçirildi

"Tariximizin Qərbi Azərbaycan izləri" adlı  sərgi keçirildi
30 iyul 2025
# 13:50

Xətai rayonunda "Konstitusiya və Suverenlik ili" çərçivəsində Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi ,Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə "Tariximizin Qərbi Azərbaycan izləri" adlı konsert və sərgi təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Vüqar İskəndərov, Hikmət Babaoğlu, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid ailələri, Heydər Əliyev adına Hərbi İnstitutun kursant və zabitləri, incəsənət xadimləri, rayon ictimaiyyəti iştirak ediblər.

Çıxış edənlər Qərbi Azərbaycanlı soydaşlarımızın öz yurdlarından deportasiyaya, etnik təmizləməyə məruz qaldıqlarını, oraya geri dönüşün 300 mindən çox qərbi azərbaycanlının beynəlxalq səviyyədə tanınmış fundamental hüququ olduğunu qeyd ediblər.

Qeyd edək ki, tədbir çərçivəsində Qərbi Azərbaycan mədəniyyətini əks etdirən şirniyyatlar, xalça və kəlağayılar sərgilənib.

# 1436 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər