Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində
5 noyabr 2026
# 09:20

Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı Devid Qarrett “Millennium Symphony - Crossover Programme” simfonik şousu ilə çıxış edib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər.

Devid Qarrett klassik musiqi ilə rok, pop və kino melodiyalarını birləşdirdiyi unikal proqramında Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, “Nirvana” və “Rammstein” qruplarının, həmçinin digər sənətçilərin əsərlərini və musiqi hitlərini özünəməxsus tərzdə təqdim edib.

Qeyd edək ki, D.Qarrett səhnədə debütünü 10 yaşında edib. O, 13 yaşında nüfuzlu "Deutsche Grammophon" ilə müqavilə bağlayan ən gənc sənətçi olub. Təhsilini bitirdikdən indiyədək Devid Qarrett Zubin Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi dirijorlarla çalışır.

Sənətçinin yaradıcılığında xüsusi yer tutan klassik "ICONIC" albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə yüksələrək, klassik musiqi üçün müstəsna nailiyyətə imza atıb. Albom, eyni zamanda, “Golden Record” və “İlin bestselleri” nominasiyalarında “Opus-Klassik 2023” mükafatlarına layiq görülüb. Devid Qarrett bu klassik repertuarla beynəlxalq turneyə çıxaraq 5 qitədə 113 konsert verib.

Foto

# 118 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi

10:30 5 noyabr 2026
İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

10:14 5 noyabr 2026
Türkiyədəki  batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

Türkiyədəki batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

10:10 5 noyabr 2026
Emin Piri:  "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

Emin Piri: "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

10:00 5 noyabr 2026
Builki Qonkur mükafatçısı:  "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

Builki Qonkur mükafatçısı: "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

09:45 5 noyabr 2026
Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər