“Tanrı quşu gəlmədi” - Premyera

“Tanrı quşu gəlmədi” - Premyera
23 oktyabr 2024
# 11:47

Oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Tanrı quşu gəlmədi” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, premyera teatrın “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində həyata keçiriləcək. Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdikləri tamaşaları paytaxt tamaşaçılarına təqdim etməkdir.

Yeni layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında rejissor Anar Babalının Lənkəran Dövlət Dram Teatrında quruluş verdiyi, psixoloji-dram janrında olan səhnə əsəri günah, qisas və yalan haqqındadır.

Yeni yaradıcılıq işində rollarda Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Elçin Hacı, Əlizamin Abbasov və İmaməli Əsgərov çıxış edirlər. Səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Aydan Əliyevadır. Tamaşada istifadə olunan mahnının sözləri Banu Muharremindir.

“Tanrı quşu gəlmədi” tamaşası öz ilkin və həqiqi mahiyyətindən qopan, mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs edir. Doğulduğu kənddə onun bütün keçmiş günahlarından xəbərdar olan sonuncu adam öləndən sonra Süleyman kəndə qayıtmağa qərar verir. Kənddə onu çox şey gözləyir: doğulduğu və indi ömrünün ixtiyar çağında sığınmaq istədiyi ev, doğmalarının xatirəsi, həyatını məhv etdiyi qadının qisası, ondan üz döndərən Tanrı quşu...

Süleymanın oğlu Mustafa onun kəndə qayıtmağının əleyhinədir. Bu münaqişə tamaşada bir çox həqiqətlərin - yalan və günahların üzərinə işıq salır, sevgidən doğulmayan insanın bədbəxtlik girdabında necə çırpındığını tamaşaçıya göstərir.

Süleyman həyatının acı həqiqətləri ilə üz-üzə qalıb nəhayətdə qovuşmaq istədiyi Tanrı quşunun qurbanına çevrilir. Süleyman quş dilini də bilmir. Mistik və mifik obraz olan Tanrı quşunu Allahın insana əmanət etdiyi vicdan hissinin ümumiləşmiş adı da hesab etmək olar.

# 3047 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər