Amerikanın əfsanəvi "ZZ Top" rok qrupunun təbilçisi Frenk Bird 77 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu haqda qrupun rəsmi internet saytında məlumat yayılıb.
Musiqiçi Teksas ştatının Riçmond şəhərindəki fermasında dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb.
1949-cu ildə Texasda doğulan Frenk Bird 1969-cu ildən etibarən 56 il ərzində "ZZ Top" qrupunun təbilçisi olub.
Qrup "Gimme All Your Lovin'", "Sharp Dressed Man" və "Legs" kimi məşhur hitləri ilə böyük uğur qazanıb.
Maraqlı faktlardan biri odur ki, üzvlərinin uzun saqqalı ilə tanındığı qrupda soyadı "Saqqal" ("Beard") olan Frenk dördlük arasında saqqal saxlamayan tək üzv kimi "Saqqalsız adam" ləqəbi ilə tanınırdı.
Xatırladaq ki, 50 milyondan çox albom satılan və 2004-cü ildə "Rock and Roll Hall of Fame"ə daxil edilən "ZZ Top" qrupunun bas-gitaristi Dasti Hill də 2021-ci ildə 72 yaşında vəfat etmişdi.


Tanınmış musiqiçi vəfat etdi
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026