Şuşaya səfər edəcək fotomüxbirlərin qeydiyyatına başlanılır

Şuşaya səfər edəcək fotomüxbirlərin qeydiyyatına başlanılır
5 noyabr 2022
# 18:00

"Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində iştirak etmək istəyən fotomüxbirləri müraciət etməyə dəvət edir.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun “Şuşa ili” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibi olan layihə Şuşanın tarixi və mədəni irsi, işğal dövründə ermənilər tərəfindən törədilən vandalizmi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsi ilə həyata keçirilməsi ideyasını daşıyır.

Layihənin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.

Layihədə iştirak etmək istəyən yerli fotomüxbirlər 15.11.2022-ci il 23:59-a qədər UYD ictimai birliyinin (@uydib) sosial şəbəkə hesablarından iştirak şərtləri ilə tanış olaraq qeydiyyat anketi ilə müraciət edə bilərlər.

Məlumat üçün qeyd edək ki, tanınmış fotomüxbir Orxan Əzimin ekspert kimi iştirak etdiyi layihəyə Azərbaycan, Gürcüstan və Türkiyədən olan 10 gənc fotomüxbir cəlb olunacaq. Layihə çərçivəsində Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya şəhərlərində Şuşanı əksetdirən fotolardan ibarət 9 sərginin keçirilməsi nəzərdə tutulur.

# 3045 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər