Sel Mikayıl Müşfiqin xatirə muzeyini zədələdi - Foto

Sel Mikayıl Müşfiqin xatirə muzeyini zədələdi - Foto
17 aprel 2026
# 15:43

Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi artıq bir neçə ildir ki, Tıx çayında baş verən sel daşqınları nəticəsində ciddi zərər görüb. Sonuncu sel hadisəsi isə vəziyyəti daha da ağırlaşdırıb, muzey binasında və ətraf ərazilərdə ciddi fəsadlar törədib.

Kulis.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə şairin əmisi nəvəsi Reyhan İsmayılzadə bir neçə gün öncə sosial şəbəkə hesabında paylaşım edib.

“Tərəfimizdən edilən çoxsaylı müraciətlər və keçirilən görüşlərdən sonra Mədəniyyət Nazirliyi tərəfindən muzeydə yenidənqurma işlərinin aparılması ilə bağlı cavab məktubu təqdim olunub. Lakin təəssüf hissi ilə bildirirəm ki, bu günə qədər həmin istiqamətdə heç bir əməli addım atılmayıb” , - o qeyd edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə verdiyimiz sorğunun əsasında bəlli oldu ki, Mikayıl Müşfiqin xatirə muzeyi qısa müddətdə əsaslı təmirə dayandırılacaq.

Xatırladaq ki, daha öncə Mədəniyyət Nazirliyindən saytımıza verilən açıqlamada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri - şair Mikayıl Müşfiq və dramaturq Cəfər Cabbarlının ev muzeylərinin təmir olunacağı bildirilmişdi.

Qeyd edək ki, Mikayıl Müşfiq adına xatirə muzeyi 1988-ci ildə onun 80 illik yubileyindən sonra Xızının Sayadlar kəndində yaradılıb. Şairin evi dağıldığı üçün muzey atasının bağ sahəsində qurulub. 1992-ci ildə tikilən muzey binası 1 mərtəbəli, 1 otaqlı olub (55 m²). 2004-cü ildə dövlət himayəsinə keçərək rəsmi muzey statusu alıb və 2006-cı ildən fəaliyyət göstərir. Muzeydə 221 eksponat saxlanılır.

# 1128 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər